...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 22 İyun 2017 10:27 (UTC +04:00)
Sərnişinin gizlətdiyi narkotik vasitə xidməti itin tətbiqi ilə aşkara çıxarıldı
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Sərnişinin gizlətdiyi narkotik vasitə xidməti itin tətbiqi ilə aşkara çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Baxış zamanı xidməti it avtobusun sərnişin oturacaqlarından birinə reaksiya verib. Nəticədə, həmin oturacağın sol kənar tərəfində - oturacağın üzlüyünün kəsilərək içərisinə yerləşdirilmiş halda xalis çəkisi 202,306 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Daha sonra aşkar olunan narkotik vasitənin "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində gələn Azərbaycan Abdullayev Rəfayel Əli oğluna məxsus olduğu müəyyən edilib. Həmin şəxs saxlanılaraq sorğu-sual olunduqda, aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Komitənin məlumatında həmçinin bildirilir ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti