...

Dənizdə və kanalda batan şəxslərin cəsədləri tapılıb

Hadisə Materials 4 İyul 2017 09:47 (UTC +04:00)
Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə batıb.
Dənizdə və kanalda batan şəxslərin cəsədləri tapılıb

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə batıb.

Trend-in məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1971-ci il təvəllüdlü Rövşən Arif oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa, iyunun 30-da Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Füzuli oğlu Əhmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti