...

Agentlik: Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı yanğında xəsarət alan olmayıb (YENİLƏNİB)

Hadisə Materials 27 İyul 2017 14:56 (UTC +04:00)
İlkin məlumatlara görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı heç kim xəsarət almayıb.
Agentlik: Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı yanğında xəsarət alan olmayıb (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin məlumatlara görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı heç kim xəsarət almayıb.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı xəstəxanadakı bütün xəstələr və işçilər təxliyə edilib. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Artıq yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki, bu ildən ölkə ərazisində ilk dəfə olaraq, icbari tibbi sığorta sistemi Yevlax və Mingəçevirdə həyata keçirilir. Bununla əlaqədar Mingəçevir şəhəri və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti