...

Bakıda qaraj içindəki maşınla yandı

Hadisə Materials 2 Avqust 2017 14:12 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakıda qaraj yanıb.
Bakıda qaraj içindəki maşınla yandı

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakıda qaraj yanıb. Trend-ə FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə və içərisində “VAZ” markalı avtomobilin mühərrik və salon hissəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti