...

Sumqayıtda yataqxanada yanğın olub: 25 yaralı (YENİLƏNİB-2) (FOTO)

Hadisə Materials 5 Avqust 2017 23:54 (UTC +04:00)
Sumqayıtda yataqxanada yanğın olub: 25 yaralı (YENİLƏNİB-2) (FOTO)

İlk xəbər saat 21:53 yayımlanıb.

Bakı. Samir Əli - Trend:

Sumqayıtda yataqxanada yanğın olub.

Trend-in məlumatına görə, yanğın saat 22:20 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

X X X

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Trend-in məlumatına görə, hər iki nəfər Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına aparılıb.

X X X

Sumqayıtda yataqxanada yanğın olub.

Trend-in məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Yanğın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti