...

Xəzər daha bir nəfəri qərq etdi - 16 yaşlı gənc

Hadisə Materials 8 Avqust 2017 16:11 (UTC +04:00)

Bakı. Trend:

Gündüz saatlarında Xəzərdə batan şəxsin cəsədi aşkar edilib. Trend-ə FHN-dən verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:05-də başa çatıb.​

Xəbər lenti

Xəbər lenti