...

Masallıda ikimərtəbəli ev yanıb

Hadisə Materials 10 Avqust 2017 18:58 (UTC +04:00)
Masallıda ikimərtəbəli evdə yanğın baş verib.
Masallıda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Masallıda ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Köhnə Alvadı kəndində ümumi sahəsi 286 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 28 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti