...

Bakıda 280 min dollar dələduzluqda təqsirləndirilən qadın azadlığa buraxıldı

Hadisə Materials 16 Avqust 2017 14:15 (UTC +04:00)
Bakıda dələduzluqda təqsirləndirilərək həbs edilən qadın azadlığa buraxılıb.
Bakıda 280 min dollar dələduzluqda təqsirləndirilən qadın azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bakıda dələduzluqda təqsirləndirilərək həbs edilən qadın azadlığa buraxılıb. Bu barədə Trend-ə vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxs Tamilla Eyyubova Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq) maddəsilə ittiham olunaraq Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qadın zərərçəkmiş Elman Cəfərovun şikayəti əsasında saxlanılıb. Təqsirləndirilən şəxs 280 min dolları ələ keçirməkdə ittiham olunub. T.Eyyubova 9 ay həbsdə saxlanılandan sonra azadlığa buraxılıb. İstintaqın gedişatında ittihamın əsassız olduğu aşkarlanıb, qadının şərləndiyi müəyyən edilib.

T.Eyyubova həbsdən azad edilərək barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti