Dənizdə batan şəxs xilas edilib

Hadisə Xəbər 18 Avqust 2017 14:23 (UTC +04:00)

Bakı. Trend:

Suraxanıda dənizdə batmaq təhlükəsində olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:30-da başa çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti