...

Ağdaşda yanğın - 2 nəfər xəsarət alıb

Hadisə Materials 18 Avqust 2017 17:10 (UTC +04:00)
Ağdaşda yanğın hadisəsi baş verib.
Ağdaşda yanğın - 2 nəfər xəsarət alıb

Bakı. Trend:

Ağdaşda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Məşəd kəndində ümumi sahəsi 150 kvadratmetr olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evdə ev əşyaları 8 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda, daha 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti