...

Göyçay sakini baldızının nişanlısını qətlə yetirdi

Hadisə Materials 21 Avqust 2017 09:49 (UTC +04:00)
Göyçay rayonunda qətl hadisəsi baş verib.
Göyçay sakini baldızının nişanlısını qətlə yetirdi

Bakı.Samir Əli - Trend:

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə avqustun 20-də gecə saatlarında qeydə alınıb. Şəhər sakini, 1992-ci il təvəllüdlü Pərviz Şahin oğlu Abdurrəhmanov baldızının nişanlısı, 1989-cu il təvəllüdlü Müşviq Nizami oğlu Əkbərovla mübahisə edib. Mübahisə davaya çevrilib və P.Abdurrəhmanov M.Əkbərovu bıçaqlayıb. M.Əkbərov hadisə yerində dünyasını dəyişib.

Göyçay rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətli törədən P.Abdurrəhmanov saxlanılıb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti