...

Bakıda yanğın baş verib

Hadisə Materials 23 Avqust 2017 22:03 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda yanğın baş verib

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda 10 m² sahədə məişət tullantıları və 6 m² sahədə taxtadan ibarət hasar yanıb.

Yüksək temperaturdan bitişik çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində quraşdırılmış 2 ədəd kondinsioner qismən, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 m² olan eyvanın plastik pəncərəsi əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti