Bakı. Trend:
Xırdalanda evlərdən birinə qarət məqsədi ilə girməkdə şübhəli bilinən Saray qəsəbə sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.