...

Qubada itkin düşmüş 6 yaşlı oğlanın axtarışlarına FHN də qoşulub

Hadisə Materials 29 Avqust 2017 12:31 (UTC +04:00)
Qubanın Əski İqrığ kəndində itkin düşmüş 6 yaşlı oğlan axtarılır.
Qubada itkin düşmüş 6 yaşlı oğlanın axtarışlarına FHN də qoşulub

Bakı. Trend:

Qubanın Əski İqrığ kəndində itkin düşmüş 6 yaşlı oğlan axtarılır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Hələlik axtarış işləri nəticə verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti