...

FHN: Oğuz və Qəbələdəki meşə yanğınları nəzarətə götürülüb

Hadisə Materials 29 Avqust 2017 17:19 (UTC +04:00)
Yanğınların yayılmasının qarşısı alınıb.
FHN: Oğuz və Qəbələdəki meşə yanğınları nəzarətə götürülüb

Bakı. Trend:

Oğuz və Qəbələdəki meşə yanğınları nəzarətə götürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb.

Yanğınların yayılmasının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti