...

Tovuzda 49 yaşlı qadın qaynar suda yandı

Hadisə Materials 7 Sentyabr 2017 10:32 (UTC +04:00)
Tovuz rayonunda qadın ehtiyatsızlıqdan yanıb.
Tovuzda 49 yaşlı qadın qaynar suda yandı

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda qadın ehtiyatsızlıqdan yanıb.

Trend-in məlumatına görə, hadisə sentyabrın 6-da gecə saatlarında rayonun Cilovdarlı kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Qiyafət İslam qızı Rzayeva ev işləri görərkən ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb. Qadın yaxınlarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə nəticəsində qadının bədəninin 15 faizi yanıb. Ona ikinci dərəcəli texniki yanıq diaqnozu qoyulub.

Q.Rzayeva hazırda xəstəxananın travmatologiya şöbəsində müalicə alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti