Bakı. Trend:
Tovuz rayonunda yanğın qeydə alınıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Tovuz rayonu ümumi sahəsi 140 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü və 1 otağının yanar konstruksiyaları 90 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.