...

Maşallah Əhmədov azadlığa buraxılmaq üçün məhkəməyə müraciət edib

Hadisə Materials 25 Sentyabr 2017 10:59 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Həbsdə olan keçmiş futbolçu Maşallah Əhmədov vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

Bu barədə Trend-ə M.Əhmədovun oğlu Tərlan Əhmədov məlumat verib.

T.Əhmədov sentyabrın 24-də M.Əhmədovla görüşüb: "Səhhətində problemlər yaranıb. Böyrəyində ağrıları var, təzyiqi olur, həkimlərin nəzarətindədir. O, vaxtından əvvəl azadlığa buraxılması üçün təcridxana rəhbərliyinə müraciət edib. Müraciət artıq aidiyyəti üzrə Sabunçu rayon Məhkəməsinə göndərilib. Hələlik məhkəmə müraciətə baxılacaq vaxtı təyin etməyib".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək M.Əhmədovun cəzasını 2 ilə endirib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti