...

Mənzildən 62 yaşlı qadın meyiti tapılıb

Hadisə Materials 4 Oktyabr 2017 17:44 (UTC +04:00)

Bakı. Trend:

Paytaxtda mənzildən 62 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1955-ci il təvəllüdlü Əliyeva Gülər Qurban qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti