...

Bakıda yanğın olub

Hadisə Materials 6 Oktyabr 2017 03:58 (UTC +04:00)
Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.
Bakıda yanğın olub

Bakı. Trend:

Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin hamam otağının, mətbəxinin lambirindən ibarət tavanı 7 m2 sahədə, və 1 otağın yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Yüksək temperaturdan mənzilin 3 ədəd plastik qapısı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti