...

Avtobusda cibgirlik edən şəxs yaxalanıb

Hadisə Materials 14 Oktyabr 2017 14:11 (UTC +04:00)
Avtobusda cibgirlik edən şəxs yaxalanıb.
Avtobusda cibgirlik edən şəxs yaxalanıb

Bakı. Trend:

Oktyabrın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində avtobusdan düşən bir nəfərin qaçıb oradan uzaqlaşmağa çalışması, digərinin isə onu təqib etməsi həmin ərazidə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşlarının diqqətini çəkib və dərhal görülən tədbirlərlə onlar saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, məlum olub ki, qaçan şəxs xətt avtobusunda digərinin cibindən pul çıxarıbmış.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilən həmin şəxslərin Bakı şəhər sakini Feyruz Əbdülbaqiyev və Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Akif Ağaxanov olmaları məlum olub. Araşdırmalarla A.Ağaxanovun F.Əbdülbaqiyevin cibindən 20 manat oğurlaması müəyyən edilib.

A.Ağaxanovla bağlı əməliyyat tədbirləri ilə oktyabrın 10-da onun eyni üsulla Bakı şəhər sakini olan bir qadının içərisində 100 manat və sənəd olan pulqabısını oğurladığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti