...

2 günün yanğın statistikası - 1 nəfər ölüb, 77 nəfər xilas edilib

Hadisə Materials 11 Noyabr 2017 16:09 (UTC +04:00)
Noyabrın 10-da ölkə ərazisində baş verən yanğın hadisələri zamanı 77 nəfər təxliyə edilib.
2 günün yanğın statistikası - 1 nəfər ölüb, 77 nəfər xilas edilib

Bakı. Samir Əli - Trend:

Noyabrın 10-da ölkə ərazisində baş verən yanğın hadisələri zamanı 77 nəfər təxliyə edilib.

Trend-in məlumatına görə, həmin gün axşam saatlarında Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada yanğın baş verib. Çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 sakin xilas olunub, 20 nəfər təxliyə edilib.

Həmin gün paytaxtın Nərimanov rayonu ərazisində “AFEN PLAZA" biznes mərkəzində baş verən yanğın zamanı isə 42 nəfər təxliyə edilib. Hadisə zamanı ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.

Ötən gün ərzində Quba rayonu, Aşağı Tüləkəran kəndində də yanğın hadisəsi baş verib. Kənddə ümumi sahəsi 384 kv.m olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Bakı şəhəri, Yasamal rayonunda ötən gün qeydə alınan yanğında isə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 kv.m sahədə və ümumi sahəsi 63 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 kv.m sahədə, dəhlizin, mətbəxin və aynabəndin lambirindən ibarət tavanı 34 kv.m sahədə yanıb.

Noyabrın 11-də səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində isə ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğının kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti