...

Paytaxtda əməliyyat: Silah və narkotik satan şəxslər tutulub (FOTO)

Hadisə Materials 22 Noyabr 2017 10:06 (UTC +04:00)
Paytaxt ərazisində odlu silah və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Paytaxtda əməliyyat: Silah və narkotik satan şəxslər tutulub (FOTO)

Bakı. Trend:

Paytaxt ərazisində odlu silah və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə odlu silah-sursatın və narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xətai rayon sakini Zülfüqar Cəfərovda odlu silah-sursat olduğu barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs qismində saxlanılaraq Baş İdarəyə gətirilib. Z.Cəfərovun üzərinə baxış zamanı ondan “Beretta” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Paytaxt sakini Ziya Ağayev 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı Nizami rayonu ərazisində 6000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti