...

Göyçayda "Mercedes" " Kamaz"a çırpılıb - Yaralılar var

Hadisə Materials 27 Noyabr 2017 20:12 (UTC +04:00)
Göyçayda avtomobil qəzası baş verib.
Göyçayda "Mercedes" " Kamaz"a çırpılıb - Yaralılar var

Bakı. Samir Əli - Trend:

Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Trend-in məlumatına görə, hadisə rayon mərkəzində baş verib. "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "Kamaz" markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan Ucarın Lək kənd sakini, 1964 -cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu, Göyçayın I Ərəb kənd sakini, 1983 -cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu və onun həmkəndlisi, 1991-ci il təvəllüdlü Hadıyev Sadiq Əvəz oğlu ağır xəsarət alıblar.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan A.Əhmədovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti