...

Moskvada məhkəmə binası təxliyə olundu - Bomba təhlükəsi

Hadisə Materials 30 Noyabr 2017 18:13 (UTC +04:00)
Moskvada Ostankino rayon məhkəməsinin binası təxliyə olunub
Moskvada məhkəmə binası təxliyə olundu - Bomba təhlükəsi

Bakı. Trend:

Moskvada Ostankino rayon məhkəməsinin binası təxliyə olunub.

Trend-in məlumatına görə, təxliyədən sonra binada partlayıcı maddələrin axtarışları aparılıb. Belə ki, Məhkəmənin poçtuna binada partlayıcı qurğu olması ilə bağlı məktub daxil olub.

Qeyd edək ki, Rusiyada partlayış təhdidləri ilə bağlı anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu müddət ərzində 170-dən çox şəhərdə 2,5 milyona yaxın adam təxliyə olunub.

Zənglərdən heç biri öz təsdiqini tapmayıb.

Xəbər lenti

Xəbər lenti