...

Mənzildən oğurlanmış qızılın bir hissəsi tapılıb

Hadisə Materials 2 Dekabr 2017 12:07 (UTC +04:00)
İmişlidə mənzildən oğurlanmış qızılın bir hissəsi tapılıb.
Mənzildən oğurlanmış qızılın bir hissəsi tapılıb

Bakı. Trend:

İmişlidə mənzildən oğurlanmış qızılın bir hissəsi tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 27-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən İmişli RPŞ-yə rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 dolların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.

RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub.

Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti