...

Dəm qazından zəhərlənənlərin STATİSTİKASI açıqlandı

Hadisə Materials 15 Dekabr 2017 12:23 (UTC +04:00)
2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb.
Dəm qazından zəhərlənənlərin STATİSTİKASI açıqlandı

Bakı. Samir Əli - Trend:

2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, KİV-də aparılan marifləndirmə işləri nəticəsində bu hallar əhəmiyyətli dərəcədə azalıb:

"2016-cı ildə 455 nəfər dəm qazından zəhərlənib. Aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 olub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olanlardan 1 nəfər ölüb. Ötən il isə ölüm halı olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti