...

Gömrükdə külli miqdarda pirotexniki vasitə müsadirə edilib (FOTO)

Hadisə Materials 19 Dekabr 2017 10:22 (UTC +04:00)
Gömrük nəzarətindən gizlədilən 444 qutu pirotexniki vasitə aşkar edilib
Gömrükdə külli miqdarda pirotexniki vasitə müsadirə edilib (FOTO)

Bakı. Trend:

Gömrük nəzarətindən gizlədilən 444 qutu pirotexniki vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin salonunda və avtomobilin altında 444 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti