...

Oğuz və Şamaxıda yanğın olub

Hadisə Materials 26 Dekabr 2017 02:12 (UTC +04:00)
Oğuz rayonu, Bucaq kəndində ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır
Oğuz və Şamaxıda yanğın olub

Bakı. Trend:

Oğuz rayonu, Bucaq kəndində ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır.

Trend Fövqəladə Hallar Nazirliyinin saytrına istinadən xəbər verir ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Şamaxı rayonu, Şəhriyar qəsəbəsində fərdi yaşayış evində başlamış yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür. İlkin məlumata görə, hadisə nəticəsində ölən olmamışdır. Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti