...

Xəzər rayonunda ev, Sabunçuda isə avtomobil yanıb

Hadisə Materials 27 Dekabr 2017 22:04 (UTC +04:00)
Bakı şəhərində yanğın hadisəsi baş verib.
Xəzər rayonunda ev, Sabunçuda isə avtomobil yanıb

Bakı. Trend:

Bakı şəhərində yanğın hadisəsi baş verib.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, şəhərin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin tavanı 40 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Sabunçu rayonunda "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti