...

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu (YENİLƏNİB)

Hadisə Materials 5 Yanvar 2018 19:24 (UTC +04:00)
Təxminən saat 19:00 radələrində Xəzər dənizində zəlzələ baş verib.
SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin məlumatlara əsasən yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 2,7, dərinliyi 5 km olub.

xxx

Təxminən saat 19:00 radələrində Xəzər dənizində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin Trend-ə verdiyi məlumata görə, zəlzələ 3 bal gücündə qeydə alınıb.

Mərkəz direktorunun sözlərinə görə, yeraltı təkanlar Sumqayıtda zəif hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti