...

Ağdamda 66 yaşlı kişi özünü ağacdan asdı

Hadisə Materials 9 Yanvar 2018 09:21 (UTC +04:00)
Ağdam rayonunda intihar hadisəsi baş verib.
Ağdamda 66 yaşlı kişi özünü ağacdan asdı

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda intihar hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində məcbir köçkünlər üçün olan yaşayış massivində baş verib.

Rayonun Boyəhmədli kənd sakini, 1952-ci il təvəllüdlü Cəbiyev Hikmət Araz oğlu həmin qəsəbədəki 472 saylı evin həyətində özünü ağacdan asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti