...

Sumqayıtda bağlı qapı arxasında qalan uşaq xilas edildi

Hadisə Materials 10 Yanvar 2018 03:57 (UTC +04:00)
Bağlı qapı arxasında azyaşlı uşaq xilas edilib
Sumqayıtda bağlı qapı arxasında qalan uşaq xilas edildi

Bakı. Trend:

Bağlı qapı arxasında azyaşlı uşaq xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və uşağı aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb. ​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti