Bakı. Trend:
ABŞ-da yanğın zamanı xilasedicilərdən biri üçüncü mərtəbədən yerə atılan qız uşağını tutub.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə Corciya ştatının Atlanta dairəsində baş verib.
Qızını alovdan xilas etmək istəyən ata, onu yanğınsöndürən Skott Stroupun qucağına atıb. Yanğın zamanı ümumilikdə 12 nəfər, o cümlədən 8 yetkinlik yaşına çatmayan şəxs təxliyyə edilib.