...

Salyanda "KamAZ" "Mercedes"lə toqquşub: sərnişin xəsarət alıb

Hadisə Materials 27 Yanvar 2018 21:38 (UTC +04:00)
Salyan rayonunda yol-nəqliyat hadisəsi baş verib.
Salyanda "KamAZ" "Mercedes"lə toqquşub: sərnişin xəsarət alıb

Bakı. Trend:

Salyan rayonunda yol-nəqliyat hadisəsi baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Bəydili kəndində “KamAZ” markalı yük avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarında olan ağaca çırpılıb.

Nəticədə yük avtomobilində olan sərnişin sıxılmış vəziyyətdə qalıb. Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşı nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti