Bakı. Trend:
Krım yarımadasının Bağçasaray rayonunda kişi monastırının ərazisində yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın monastırın həyətindəki birmərtəbəli taxta tikililərdə qeydə alınıb.
Yanğının sahəsi 336 kvadrat metri əhatə edib.
Yanğının qarşısının alınması üçün bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Yanğının monastrın ərazisində hansı səbəbdən baş verməsi hələ məlum deyil.