...

Ekvadorda bomba həyəcanı - parlament təxliyyə edildi

Hadisə Materials 3 Fevral 2018 02:37 (UTC +04:00)
Ekvador Milli Assambleyasının (parlamentinin) binasına bomba qoyulması barədə anonim məlumat daxil olub
Ekvadorda bomba həyəcanı - parlament təxliyyə edildi

Bakı. Trend:

Ekvador Milli Assambleyasının (parlamentinin) binasına bomba qoyulması barədə anonim məlumat daxil olub.

Trend-in verdiyi xəbərə görə, bu barədə parlament sədri Xose Serrano öz Twitter səhifəsində yazıb.

Məlumatın daxil olmasından sonra bütün əməkdaşların təxliyyə olunduğu, binanın mütəxəssislər tərəfindən yoxlanıldığı bildirilir.

Axtarışlar zamanı heç bir partlayıcı qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti