...

ABŞ-da məktəbdə təxliyyə elan edildi

Hadisə Materials 20 Fevral 2018 23:46 (UTC +04:00)
ABŞ-ın Oqayo ştatındaki Massillon şəhərində məktəbdə təxliyyə elan edilib
ABŞ-da məktəbdə təxliyyə elan edildi

Bakı. Trend:

ABŞ-ın Oqayo ştatındaki Massillon şəhərində məktəbdə təxliyyə elan edilib.

Trend-in verdiyi xəbərə görə, məktəb rəhbərliyi təxliyyə qərarını şagirdlərdən birinin odlu silahdan açılan atəş nəticəsində yaralanması barədə məlumat daxil olduqdan sonra verib.

Məlumata əsasən, şagird məktəbə gətirdiyi silahdan özünə atəş açıb.

Hadisənin qəsdən və ya təsadüfən baş verdiyi hələlik məlum deyil.

Şagirdin xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, bir neçə gün öncə 19 yaşlı Nikolas Kruz ABŞ-ın Florida ştatındaki məktəbdə atəş açmış, hadisə nəticəsində 17 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti