...

Polis əməkdaşlarına müqavimət göstərən paytaxt sakini saxlanılıb

Hadisə Materials 3 Mart 2018 16:13 (UTC +04:00)
Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb.
Polis əməkdaşlarına müqavimət göstərən paytaxt sakini saxlanılıb

Bakı. Trend:

Polis əməkdaşlarına müqavimət göstərən paytaxt sakini saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılarkən o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzib, habelə bıçaqla onlara müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Həzili polis əməkdaşları tərəfindən saxlanılıb, ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti