...

Yasamalda 3 otaqlı, Binəqədidə 2 otaqlı mənzil yanıb

Hadisə Materials 7 Mart 2018 05:51 (UTC +04:00)
Bakının Yasamal və Binəqədi rayonunda yanğın qeydə alınıb
Yasamalda 3 otaqlı, Binəqədidə 2 otaqlı mənzil yanıb

Bakı. Trend:

Bakının Yasamal və Binəqədi rayonunda yanğın qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin dəhlizinin lambirdən ibarət tavanı 12 m2 və dəhlizində quraşdırılmış şkaf və içərisindəki əşyalar 6 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər yanğın Binəqədi rayonunda baş verib. Beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin mətbəxində 5 m2 sahədə mətbəx mebeli yanıb, yüksək temperaturdan məişət texnikası və lambirindən ibarət tavan 9 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti