Bakı. Trend:
Qax rayonunda yanğın hadisəsi baş verib.
Trend-in FHN-ə istinadən məlumatına görə, ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində 0,5 kub.m odun və zirzəminin tavanı 1 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.