Kürdəmirdə 1 nəfərin çayda batdığı ehtimal edilir

Hadisə Xəbər 25 Mart 2018 10:39 (UTC +04:00)

Bakı. Trend:

Kürdəmir rayonunda 1 nəfərin batdığı ehtimal edilir.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Köhünlü kəndində 1 nəfərin Kür çayında batdığı ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.​

Məqalədə:

Xəbər lenti

Xəbər lenti