Bakı. Trend:
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb və yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.