...

İnterpol 42 yaşlı azərbaycanlı qadını beynəlxalq axtarışa verdi

Hadisə Materials 28 Mart 2018 20:45 (UTC +04:00)
İnterpol daha bir azərbaycanlı qadın barədə axtarış elan edib.
İnterpol 42 yaşlı azərbaycanlı qadını beynəlxalq axtarışa verdi

Bakı. Samir Əli - Trend:

İnterpol daha bir azərbaycanlı qadın barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1976-cı il təvəllüdlü Nərgiz Mirzoyeva sənəd saxtalaşdırmaq və dələduzluqda ittiham olunur.

Rusiya hüquq-mühafizə orqanları əməkdaşları N.Mirzoyeva barəsində cinayət işi başlasa da, təqsirləndirilən qadın istintaqdan yayınıb. Bu məqsədlə də Rusiya məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi barədə qərar çıxarıb.

İnterpol həmin qərar əsasında N.Mirzoyeva barəsində beynəlxalq axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti