Bakı. Trend:
Goranboy rayon sakini Əli Hüseynovun tüfəngdən açdığı atəşdən xəsarət almış Günay Zeynalova yerləşdirildiyi xəstəxanada ölüb.
DİN-dən Trend-ə verilən məlumata görə, martın 28-də Naftalan şəhərindəki “Sehirli Naftalan” sanatoriyasının inzibati binasında Goranboy rayon sakini Əli Hüseynov münaqişə zəminində tüfəngdən açdığı atəşlə orada qeydiyyatçı işləyən Günay Zeynalovaya xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş G.Zeynalova orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılıb. Hadisəni törədərkən istifadə etdiyi qundağı kəsilmiş “İJ” markalı tüfəng ondan götürülüb.