...

Çay içməyə gələn 10 nəfər diri-diri yandı

Hadisə Materials 3 Aprel 2018 13:30 (UTC +04:00)
İranın cənub-qərbində ölümlə nəticələnən dəhşətli yanğın olub.
Çay içməyə gələn 10 nəfər diri-diri yandı

Bakı. Trend:

İranın cənub-qərbində ölümlə nəticələnən dəhşətli yanğın olub.

Trend-in məlumatına görə, yanğın gecə saatlarında Əhvaz şəhərindəki çayxanalardan birində baş verib.

Məlumata görə, yanğın söndürüləndən sonra çayxanadan 10 yanmış meyit çıxarılıb.

Yanğın nəticəsində daha 6 nəfərin yanıq və tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yanğının hansı səbəbdən baş verməsi dəqiq məlum deyil. Bununla belə, polis çayxanadakı yanğının şəxsi münaqişə zəminində qəsdən törədilməsi ehtimalını da istisna etmir.

İnsidentlə bağlı araşdırmalar başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti