Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin cənub-şərqində, Antalya vilayətində yaxta istehsalı müəssisəsində güclü yanğın baş verib.
Trend-in məlumatına görə, yanğının yerli vaxtla səhər saatlarında qeydə alındığı bildirilir.
Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları çalışır.
Türkiyə KİV yanğının yaxınlıqdakı kimyəvi məhsullar istehsal edən fabrikə keçmə təhlükəsi olduğunu yazır.
Təfərrüatlar hələ açıqlanmayıb.