...

Bakıda binada yanğın: 10 nəfər təxliyə olundu

Hadisə Materials 14 Aprel 2018 23:08 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m² olan köməkçi tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub.

Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti