...

Lerik və Salyanda evlərdə yanğın olub

Hadisə Materials 16 Aprel 2018 22:10 (UTC +04:00)
Lerik və Salyan rayonlarında yanğın olub.
Lerik və Salyanda evlərdə yanğın olub

Bakı. Trend:

Lerik və Salyan rayonlarında yanğın olub.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Lerik rayonunda ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü və aynabəndinin tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Həmçinin bildirilir ki, Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (dam örtüyü qamışdan olub) yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti