...

At minmək iranlı deputata baha başa gəlib

Hadisə Materials 20 Aprel 2018 15:15 (UTC +04:00)

Bakı. Trend:

İran parlamentinin Culfa şəhərindən olan deputatı Məhəmməd Hessenijad az qala ata minmək həvəsinin qurbanı olacaqmış.

Trend-in məlumatına görə, hadisə Kerman vilayətində baş verib. Vilayətdə qonaq olan deputat atda gəzmək istəyərkən qəza ilə üzləşib. Belə ki, at deputatı yerə atıb.

M.Hessenijad dəlisov atın ayaqları altında qalmaqdan canını çətin də olsa, qurtara bilib. Deputatın hadisə nəticəsində xəsarət aldığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti